fbpx

Bakıda yeddi evin darvazasını oğurlayan şəxslər saxlanılıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Kürdəxanıda evin həyətindən darvaza oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə fevralın 13-dən 15-dək olan müddətdə Kürdəxanı qəsəbəsi ərazisindəki evlərdən birinin həyətindən darvazasının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Hüseynov və Neftçala rayon sakini R.Zeynalov müəyyən edilərək saxlanılıblar.

Rüya tabirlerini burdan oku

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların müxtəlif vaxtlarda Kürdəxanı və Ləhiş bağlar sahəsindəki daha 7 evin darvazalarını oğurlamaları da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu