fbpx

Bakıda yeni metrostansiya tikiləcək – Bəxtiyar Məmmədovdan AÇIQLAMA

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Sarı xətt Bibiheybətdən Binəqədiyə qədər 11 stansiyanı və bir elektrik deposunu əhatə edəcək. O xəttin inşası yaxın gələcək üçün nəzərdə tutulmayıb”.

Bu açıqlamanı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Metbuat.az-a verdiyi açıqlamada bildirib. “Bakı Metropoliteni” QSC-nin sözçüsü qeyd etdi ki, ümumən, metro stansiyalarının konseptual inkişaf sxemləri dərhal sxemdə göstərilən obyektlərin inşasını nəzərdə tutmur.

“Bu şəhərin inkişaf, əhalinin axın istiqamətləri, habelə mövcud vəziyyətdə prioritet vəzifələrə uyğun planlaşdırılır. Hazırda ən mühüm vəzifə xəttlərin ayrılması kimi mürəkkəb layihənin həyata keçirilməsidir”.

Rüya tabirlerini burdan oku

Bəxtiyar Məmmədov onu da bildirdi ki, Bakının yeniləşən və hazırda üzərində iş aparılan Baş Planında nəqliyyat sektorunun inkişafı ilə bağlı məsələlərdə də əksini tapacaq.

“Badamqar qəsəbəsinə gəlincə, bu məsələ Qırmızı xəttin inkişaf perspektivlərinin tərkib hissəsidir. “İçərişəhər”dən sonra 4 stansiyanın inşası nəzərdə tutulur. Xəttin bu istiqamətdən sonuncu stansiyası Badamdar qəsəbəsi ərazisində olacaq. Stansiyaların inşası ilə bağlı, yalnız onu deyə bilərəm ki, hazırda prioritet inşaat məsələləri sırasında qeyd etdiyim Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsi “İçərişəhər”dən sonra ən azı bir və daha münasib variantda iki stansiyanın inşasını nəzərdə tutur. Çünki xətlər ayrılarsa, metro prinsiplərinə uyğun olaraq, sonuncu stansiyalar qatarların geri dönərək, əks istiqamətdə hərəkət etməsini də nəzərdə tutmalıdır. Bu baxımdan “İçərişəhər” stansiyasında belə imkanlar nəzərdə tutulmayıb. Xətlər ayrılarsa, optimal hərəkət qrafiki, sərnişindaşımanın keyfiyyətini, sərnişin rahatlığının, operativliyin təmin etmək və hərəkətin təşkili prinsiplərindən irəli gələn digər mühüm məsələlər də nəzərə alınmaqla, dönmə kamerası olan stansiya inşa olunmalıdır”.

Müsahibimiz onu da vurğuladı ki, “İçərişəhər”dən sonra iki stansiyanın inşası bu səbəbdən xətlərin ayrılması üçün əhəmiyyətli sayılır. Digər iki stansiyanın inşası isə xətlərin ayrılması layihəsindən sonrakı dövrdə həyata keçiriləcək.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu