fbpx

Bakıda yeni nəqliyyat istifadəyə verilə bilər

Rüya Yorumları burda


Bakıda yeni yerüstü relsli nəqliyyat ola bilər, bununla bağlı yaxın illərdə konkret qərar veriləcək.

BEY.AZ xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda Bakıda əsas məsələ yerüstü ictimai nəqliyyatla bağlıdır. Avtobusların növü dəyişdirilir, elektrik avtobusları gətirilir.

Nəqliyyat eksperti Ərşad Hüseynov bildirir ki, əhalinin mobilliyinin təmin olunmasında ictimai nəqliyyatın payı heç olmaya, yarıya yaxınlaşmalıdır. O zaman tıxacların sayı azalacaq. İnsanların yoldakı zaman itkisi azalacaq. Bunun üçün isə yerüstü relsli nəqliyyat vasitələrinin yenidən bərpası zəruridir.

Ərşad Hüseynov hesab edir ki, burada əsas məsələ dayanıqlı və davamlı maliyyənin təminatıdır.

Rüya tabirlerini burdan oku

Nəqliyyat eksperti Yasin Mustafayev isə deyib ki, çeşidli nəqliyyat vasitələrindən istifadə etmək tıxacın qarşısını alan amillərdəndir. Lakin bəzi amillər nəzərə alınmalıdır.

Ekspert onu da əlavə edib ki, şəhərə yeni gətirilən elektrikli avtobuslar da trolleybusu əvəz edir.

Daha ətraflı “Xəzər Xəbər”in videomaterialında:









ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu