fbpx

Bakıda yerüstü metro xətləri çəkiləcək?

Rüya Yorumları burda


Son aylarda Bakıda tıxaclar daha da artıb. Bu da insanları ən çox narahat edən məsələlərdəndir. Nəzərə alsaq ki, dərs ilinin başlanılmasına sayılı günlər qalıb, bu problem daha da artacaq. Bəs dünyanın əksər şəhərlərində olduğu kimi, tıxac problemini aradan qaldırmaq üçün Bakıda yerüstü merto xətləri çəkilə bilərmi?

Mövzu ilə bağlı BEY.AZ-a danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, Bakıda da yerüstü metro xətlərinin olması istisna edilmir.

“Lakin Bakı metropoliteni konseptual inkişaf sxemi təqdiq olunarkən, eyni zamanda Bakı şəhərinin baş planı təsdiq olunduqdan sonra çəkiləcək metro xətlərinin inşa olunacaq stansiyalarının yeraltı olması nəzərdə tutulub. Bunun əsas səbəblərindən biri Bakının həm sənayələşmə, həm də məskunlaşma baxımından kifayət qədər sıx şəhər olmasıdır. Yerin üstü ilə metro çəkilərkən, təbii ki, xətlərin və tunellərin çəkildiyi istiqamətlər üzrə bütün ərazidə söküntü işləri aparılmalıdır. Eyni zamanda stansiyaların inşa olunacağı ərazilər xüsusi olmaq şərtilə birbaşa yerin üstündə olacağından yeni infrastrukturlar qurulmalıdır”.

B. Məmmədovun sözlərinə görə, bunlar Bakı kimi böyük şəhər üçün kifayət qədər böyük məsələyə çevrilə bilər:

“Hətta şəhər mühitinə neqativ təsirlərdə göstərə bilər. Ən əsası isə maliyyə baxımından böyük vəsaitin xərclənməsi tələb olunur”.

Rüya tabirlerini burdan oku

Seyranə Quliyeva / BEY.AZ






ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu