fbpx

Bakıda yüksək vəzifədə çalışmış qadın HƏBS EDİLDİ

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Ümumi şöbəsinin böyük mütəxəssisi vəzifəsində çalışmış Hökümə Əliyeva həbs edilib.

Metbuat.az “Teleqraf.com”a istinadən xəbər verir ki, Hökümə Əliyeva barəsində X.Əyyubzadə adlı şəxs hüquq-mühafizə orqanlarına müraciət edib.

O bildirib ki, 2019-cu ildı Hökümə Əliyeva onu Milli Məclisdə mütəxəssis vəzifəsinə düzəldəcəyini vəd edərək 55 min manat alıb. Hökümə Əliyeva ona aylıq 2500 manata yaxın maaş alacağını deyib. Lakin o, verdiyi vədə əməl etməyib.

Rüya tabirlerini burdan oku

O bildirib ki, pulu Hikmət adlı başqa məmura verib və geri ala bilmir.

Araşdırmalar zamanı X.Əyyubzadə ilə Hökümə Əliyevanı Sumqayıt şəhər 15 saylı orta məktəbin müəlliməsinin tanış etdiyi də məlum olub. Həmin qadın X.Əyyubzadədən alınan pulun 10 min manatını özünə götürüb. Qalan 45 min manat isə Höküməyə çatıb.

Faktla bağlı cinayət işinin başlanmasından sonra həmin şəxs özündə saxladığı 10 min manatı geri qaytarıb.

Qeyd edək ki, Hökümə Əliyeva 2021-ci ildə öz ərizəsi ilə BŞİH-dəki vəzifəsindən azad edilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Hökümə Əliyeva barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi bu ilin sentyabrında başa çatıb. Hökümə Əliyeva 5 il müddətinə həbs cəzasına məhkum edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıda #yüksək #vəzifədə #çalışmış #qadın #HƏBS #EDİLDİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu