fbpx

Bakıda zibillikdə baltalanmış kişi tapıldı



Bakının Yasamal rayonunda 37 yaşlı kişi baltalanıb.

BEY.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Şəfayət Mehdiyev küçəsində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü İbrahimov Azər Şaban oğlu qolundan və kürəyindən balta xəsarətləri alıb.

Küçədən keçən şəxslər onu zibil qutularının yanında aşkar edərək polisə məlumat verib.

A.İbrahimovun ağır yaralı olduğu aşkarlanıb. Yaralı dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Verilən məlumata görə, o yaxınları ilə birlikdə restoranda yeyib-içdikdən sonra dava zamanı balta xəsarətləri alıb.

Hazırda fakt araşdırılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin