fbpx

Bakıdakı atışmada tələbə necə güllələnib?

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, bu gün Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində silahlı insident baş verib, hadisə nəticəsində iki nəfər güllə yarası alıb. Xəsarət alanlardan biri də, Azərbaycan Tibb Universitetinin tələbəsi, 2002-ci il təvəllüdlü Fəqan Rəhimlidir.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, kriminal hesablaşma ehtimal olunan silahlı insidentdə tələbənin güllə yarası alması müzakirələrə səbəb olub.

Ancaq hadisənin təhlükəsizlik kamerası tərəfindən lentə alınan görüntülərini analiz etdiyimiz zaman belə aydın olur ki, Fəqan Rəhimli insident baş verən anda ərazidən təsadüfən bir xanımla keçir. Bu zaman hədəf olan Tamerlan Hüseynov silahlı şəxsi görür və qaçmağa başlayır.

Silahlı şəxs də Tamerlanı hədəf alan zaman onun atdığı güllələrdən biri tələbə Fəqan Rəhimliyə dəyir və o, sağ baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası alır. Bir sözlə, Fəqanın hadisənin təsadüfi qurbanı olduğunu demək olar.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıdakı #atışmada #tələbə #necə #güllələnib

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin