fbpx

Bakıdakı bu binalar zəlzələ olan kimi aşacaq

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Paytaxtdakı çoxmənzilli binalarda tez-tez qanunsuz artırmalara rast gəlirik. Belə hallar əsasən sovet dövründə tikilmiş binalarda müşahidə olunur.

Metbuat.az-ın məlumatına görə, məsələ ilə bağlı trend-ə açıqlama verən daşınmaz əmlak eksperti Ramil Qasımzadə bildirib ki, qanunsuz artırmalar edilən binaların çoxu istismar müddətini başa vurub.

“Əgər həmin artırmalar aşağı mərtəbələrdədirsə, binaların konstruksiyasına zərər vermir. Lakin yuxarı mərtəbələrdəki qanunsuz əlavələr binaya ağırlıq salır, bünövrəsini zədələyir. Lakin bəzi qurumlar belə qeyri-qanuni tikililərə göz yumur”, – R.Qasımzadə vurğulayıb.

Rüya tabirlerini burdan oku

Ekspert bildirib ki, belə artırmalar ciddi təhlükə mənbəyidir:

“Zəlzələ olan kimi həmin tikililər aşacaq, çünki heç bir memar rəyi nəzərə alınmayıb, konstruktorla işlənilməyib. Binalar tikilərkən müəyyən norma daxilində tikilir. Sonradan artırmalar isə əlavə yükdür. Təəssüf ki, belə hallara paytaxtın hər yerində rast gəlmək mümkündür.

Əsasən də sakinlər mənzillərinin ümumi yaşayış sahəsini artırmaq məqsədi ilə eyvanlarını müxtəlif üsullarla irəli çəkirlər. Nəticədə həm ümumi görünüşə xələl gəlir, həm də binanın təhlükəsizliyi sual altında qalır. Yaşayış binasına əlavə dəyişiklik edilərsə, bunun üçün müvafiq qurumların rəyi olmalıdır”, – deyə ekspert qeyd edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıdakı #binalar #zəlzələ #olan #kimi #aşacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu