fbpx

Bakıdakı Dünya Kubokunun açılış mərasimi keçirilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıdakı batut gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

Metbuat.az-ın Report-a istinadla məlumatına görə, tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva və Beynəlxalq Gimnastina Federasiyasının Texniki Komitəsinin üzvü Tatyana Şuyska iştirak edib.

İlk olaraq iştirakçı ölkələrin bayraqları arenaya gətirilib.

Rüya tabirlerini burdan oku

Ardınca Şuyska çıxış edib. O, yarışdakı rəsmiləri, gimnastları və idmançıları salamlayıb: “Bizə yeni qoşulan Hindistan və İranı da salamlamaq mənim üçün xoşdur. Pandemiya günlərində bu yarışların ən yüksək səviyyədə hazırlanması üçün zəhməti olan Bakıdakı Dünya Kubokunun yerli Təşkilat Komitəsinə və könüllülərə təşəkkür edirəm”.

Mariana Vasileva da iştirakçıları yenidən Bakıda gördüyü üçün şad olduğunu bildirib: “Çox şadam ki, pandemiyanın ağır günlərindən sonra yenidən bir yerdəyik. Bu o deməkdir ki, idman ruhu və qələbə arzusu bütün çətinlikləri dəf etmək üçün bizə stimul verir. Buraya 13 ölkədən 50 idmançı toplaşıb. Gənclər və İdman Nazirliyi adından hamıya uğurlar, can sağlığı və yeni qələbələr arzulayıram. Batut gimnastikası üzrə Dünya Kubokunu açıq elan edirəm”.

Son olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, iki gün davam edəcək yarışda Azərbaycanı yığma komandanın üzvü Selcan Mahsudova təmsil edəcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu