fbpx

Bakıdakı güclü külək səbəbindən xəsarət alanların durumu açıqlanıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda əsən güclü külək səbəbindən xəsarət alan 2 nəfər (kişi) təcili tibbi yardımla Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.

Mərkəzin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Qaradağ rayon sakini, 1988-ci il təvəllüdlü şəxs Sahil qəsəbəsində yerləşən iş yerində olarkən xəsarət alıb.

Belə ki, güclü külək səbəbindən darvaza onun üzərinə aşıb. Diaqnozu on ikinci döş, birinci bel fəqərələrinin zədələnməsi olub. Dərhal KT olunub, ilkin tibbi yardım göstərilib və bir müddət sonra ambulator müalicəyə buraxılıb.

Rüya tabirlerini burdan oku

Digər xəsarət alan Lökbatan qəsəbə sakini 1962-ci il təvəllüdlü şəxs tır sürücüsüdür. Özünün dediyinə görə, tırın qapısını açarkən güclü külək qapını əlindən alıb və o da yıxılaraq xəsarət alıb. Hadisə nəticəsində kəllə-beyin travması alan şəxs hazırda Mərkəzin Neyrotravma şöbəsinə yerləşdirilib və müalicəsinə davam edilir.

10:50

Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 2 nəfər (kişi) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Metbuat.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, yaralananlar Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya çatdırılıblar.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu