Bakıdan ailəvi qonaq gəlmişdilər, faciə yaşandı
Bakıdan Neftçalaya qonaq gələn üç yaşlı uşaq suda boğularaq ölüb.
BEY.AZ Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ballıcallı kəndində qeydə alınıb.
Belə ki, ailəsi ilə birlikdə kəndə qonaq gələn, Bakı şəhər sakini, 2021-ci il təvəllüdlü H.X. velosiped sürərkən həyətdə ördəklər üçün qazılaraq su ilə doldurulmuş çuxura düşərək boğulub.
Faktla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |