fbpx

Bakıdan GÖZLƏNİLMƏZ MESAJ: “Cənubi Zəngəzur dəhlizi” reallaşır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanla İran arasında arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan arasında yeni kommunikasiyaların yaradılması barədə memorandum Bakının Ermənistana və Rusiyaya mesajıdır”.

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib. Ekspertin şərhinə görə, Qərbi Zəngəzur dəhlizi ilə bağlı qərarı yubatdıqlarına görə rəsmi Bakı alternativ variantdan istifadə edəcək.

“Hətta İran üzərindən Naxçıvana dəmiyolu da çəkilə bilər. Bu variant İran üçün də faydalıdır, bölgədə rolu artacaq, əlavə gəlir əldə edəcək. Bizim üçün də o mənada faydalı ola bilər ki, həm Ermənistanı yenə oyundankənar vəziyyətdə qoyarıq, həm də İranla iqtisadi əlaqələri gücləndirərik”

Rüya tabirlerini burdan oku

– Bu gün Tehranla Bakı arasında münasibətlərdə dialoq və əməkdaşlıq artıb, bəs bir müddət sonra keçmişdə olduğu kimi iki dövlət arasında gərginlik yaranarsa bu yolun taleyi necə olacaq?

“Qeyd edim ki, İrandakı mərkəzlər Azərbaycanın daxili işlərinə və qərarlarına qarışmasalar bir problem çıxmaz və kommunikasiya xətlərinin birgə istifadəsi hər iki tərəf üçün faydalı olar”.

Məlumat üçün bildirək ki, Azərbaycanla İran arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclasının yekununda iki ölkə arasında yeni sənədlər imzalanıb. Bu sənədlər müxtəlif sahələrdə əməkdaşlığı əhatə edir. Onlardan biri İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantısının yaradılması haqqında Anlaşma Memorandumudur. Sənədin məqsədi muxtar respublika ilə yeni dəmir və avtomobil yolu əlaqələrinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasıdır. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu