Bakıdan İstanbula uçan təyyarə Ankarada məcburi eniş etdi
BEY.AZ informasiya agentliyi xəbər verir
“Buta Airways”in J2 9105 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen aeroportu) reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında yağan güclü qar səbəbindən Ankarada enməyə qərar verib.
Metbuat.az xəbər verir ki, bu barədə “Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, təyyarə Bakı vaxtı ilə saat 20:50-də Esenboğa Beynəlxalq Hava Limanında (Ankara) eniş edib.
Hava şəraiti yol verdikdə İstanbula uçuş həyata keçiriləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıdan #İstanbula #uçan #təyyarə #Ankarada #məcburi #eniş #etdi