fbpx

Bakının bu ərazilərində qaz olmayacaq



Təmir işləri ilə əlaqədar sabah Bakının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə BEY.AZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Səbail rayonu, 20-ci Sahə Arif İsmayılov və Yüzbəy Mürsəlov küçələri ilə yeni çəkilmiş yerüstü qaz xəttinin şəbəkəyə qoşulması, Nizami rayonu, E.Süleymanov küçəsində 1 ədəd siyirtmənin quraşdırılması, Xəzər rayonunda qaz xəttinin hündürlüyə qaldırılması məqsədilə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Səbail rayonu üzrə Lomonosov, Çerniyakov, İsmayılov, Y. Bədəlov küçələrinin, Nizami rayonu üzrə E.Süleymanov, Naxçıvani və B.Nuriyev küçələrinin, Xəzər rayonu üzrə Gürcüstanlılar məhəlləsinin qaz təchizatında fasilə yaranacaq.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin