Bakının bu prospektində hərəkət məhdudlaşdırılacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakının Heydər Əliyev prospektinin 17,4-cü kilometrlik hissəsində, şəhər istiqamətində “P” tipli istiqamətverici lövhələrin quraşdırılması işləri bu gün də davam edəcək.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, işlər bu axşam saat 22:00-dan səhər saat 05:00-a qədər aparılacaq. Həmin zaman kəsiyində işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakının #prospektində #hərəkət #məhdudlaşdırılacaq