Bakının bu qəsəbəsində evlənmək istəyənlərə qoyulan qeyri-adi şərt
BEY.AZ informasiya agentliyi xəbər verir
Qaradağ rayonunun Korgöz qəsəbəsində demək olar ki, hər qapıda “KamAZ”, ya da “Shacman” avtomobilləri görülür.
Metbuat.az ATV xəbər-ə istinadən xəbər verir ki, Korgözdə bu, adət halını alıb. Səbəb isə evlənmək istəyən şəxslərə qoyulan “şərtdir”. Belə ki, evlənmək istəyən gəncin ya “KamAZ”, ya da “Shacman” markalı yük avtomobili olmalıdır. Əks təqdirdə, gənc subay qala bilər. Qəsəbə sakinləri bildirirlər ki, karxana ətrafında yaşayan qəsəbədə insanların çoxu sürücü kimi çalışır. Bu səbəbdən bu maşınların sahibi olmaq önəmlidir.
Daha ətraflı süjetdə:
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakının #qəsəbəsində #evlənmək #istəyənlərə #qoyulan #qeyriadi #şərt