Bakının Cəlil Məmmədquluzadə küçəsi əsaslı təmir edilir
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakının Nəsimi rayonunda 1 440 metr uzunluğa malik Cəlil Məmmədquluzadə küçəsinin əsaslı təmirinə başlayıb.
Metbuat.az Agentliyə istinadən xəbər verir ki, təmir işləri küçənin Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinə qədər olan 600 metrlik və Bakıxanov küçəsindən Əlibəy Hüseynzadə küçəsinə qədər olan 840 metrlik hissəsində icra olunur.
Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinə qədər olan hissənin ortalama eni 21 metr təşkil edir. Hazırda bu hissədə köhnə bordürların sökülməsi və yenilərinin inşası işləri aparılır. Ardıcıllığa uyğun olaraq təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sisteminin bərpası aparılacaq.
Cəlil Məmmədquluzadə küçəsinin ortalama eni 10 metr təşkil edən Bakıxanov küçəsindən Əlibəy Hüseynzadə küçəsinədək olan hissədə aparılan işlər çərçivəsində isə zəruri olan yerlərdə piyada səkilərinin bərpası, yarasız səki daşlarının yenilənməsi işləri aparılıb. Bu istiqamətdə artıq 4320 kv.m piyada səkisi bərpa olunub, səkilərin kənarlarına 1632 p /metr səki daşı düzlüüb. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Anoloji təmir işləri rayonun İlqar İsmayılov (282 metr) və Nəcəf bəy Vəzirov (122 metr) küçələrində də davam etdirilir. Bununla yanaşı, ümumi uzunluğu 1 130 metr olan Mirəsədulla Mirqasımov və Nəsib bəy Yusifbəyli küçələrinin də təmiri nəzərdə tutulub.
Agentlik bu il Nəsimi rayonunda ümumi uzunluğu 1 521 metr olan Nəcəf bəy Vəzirov (360 metr), Hüseynqulu Sarabski (220 metr), Mərdanov qardaşları (286 metr), Ağadadaş Qurbanov (295 metr) və Mustafa bəy Topçubaşov (360 mett) küçələrini təmir edib.
Ötən il isə “İnvestisiya Proqramı”na uyğun olaraq Nəsimi rayonunda 6,4 km uzunluğa malik küçələrdə təmir işləri icra olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.