fbpx

Bakının Fəvvarələr meydanında ofisiantlar bıçaqlandılar


Bakının Səbail rayonunda dava zamanı iki nəfər ağır xəsarət alıb.

BEY.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Nizami küçəsində yerləşən Fəvvarələr meydanında qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Oktay Şahin oğlu Qurbanlı və onun iş yoldaşı 2002-ci il təvəllüdlü Turqut Tofiq oğlu Cümiyev dava zamanı bıçaqlanıb.

Hadisə onlar sözügedən ərazidə yerləşən restorandan çıxıb evə gedərkən baş verib. Hər iki şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəsarət alan şəxslərin vəziyyəti ağır kimi qiymətləndirilir.

Yaralılar restoranda ofisiant işləyirlər.

Fakt üzrə Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin