fbpx

Bakının Qərbi Azərbaycan kartına qarşı…

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ermənilər “Sumqayıt hadisələri”nin “35-ci ildönümü”nə hazırlaşırlar. Artıq bu istiqamətdə erməni lobbisi, diasporu, Qriqoryan kilsəsi və digər xarici ölkədəki nüfuzlu, imkanlı ermənilər geniş kampaniyalara başlayıb.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlamasında politoloq Turan Rzayev bildirdi ki, bu məsələdə diqqətçəkən məqam odur ki, onlara başda Fransa olmaqla, bir sıra Qərb ölkəsinin dəstək verir.

“İlk öncə onu qeyd edim ki, “Sumqayıt hadisələri” 1988-ci ilin fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş verib. Baş verən iğtişaşlar nəticəsində 32 nəfər həyatını itirib. Onlardan 26-sı erməni, 6-sı azərbaycanlı olub. Ermənilər baş verən hadisəni Azərbaycanın ermənilərə qarşı kütləvi qətli, hətta bəzən soyqırımı kimi qeyd etsə də bu hadisə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərlə birgə həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Dövrün siyasi proseslərinə, eyni zamanda tarixə nəzər salsaq hadisənin məhz ermənilər tərəfindən törədildiyi aydın şəkildə görünür. Birincisi, ermənilərin siyasi məqsədləri üçün öz soydaşlarını qətlə yetirməsi, hətta kütləvi şəkildə öldürməsi ilk belə hal deyil.Misal üçün, 19-cu əsrin ikinci yarısında Qərbin imperialist ölkələri Britaniya, Fransa, Çar Rusiyasının təhriki ilə Osmanlının Şərqi Anadoludakı torpaqları hesabına müstəqil Ermənistan dövləti yaratmaq istəyən ermənilər “Daşnaksutyun” “Xınçaq” kimi terrorçu, radikal, ultramillətçi təşkilatlar ətrafında birləşməyə başladı. Lakin bu prosesdə iştirak etmək istəməyən ermənilərin sayı da az deyildi. İkincisi, 1988-ci il fevralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlamışdı. Mitinq iştirakçıları “Ermənistanı türklərdən təmizlənməli!”, “Ermənistan yalnız ermənilər üçündür!” kimi şüarlar irəli sürürdülər. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurulur, kütləvi şəkildə qətlə yetirilirdi”.

Rüya tabirlerini burdan oku

Politoloq xatırlatdı ki, ermənilər hadisənin təktərəfli olmaması üçün bu hadisə ilə paralel azərbaycanlıların da erməniləri kütləvi şəkildə öldürməsinə çalışırdı. Bunun üçün Azərbaycan dilini səlis şəkildə bilən xüsusi təlim keçmiş ermənilər, Sumqayıtda ermənilər yaşayan mənzillərə basqın təşkil edərək onları kütləvi şəkildə öldürürdü. Bununla da ermənilər həm Ermənistanda antiazərbaycan hərəkatını gücləndirir, həm də bu hərəkatın səbəbsiz yerə olmadığını isbat etməyə çalışırdılar.

“Əsas kimi isə həmin ərəfədə Ermənistandan zorla çıxarılmış 41 mindən artıq azərbaycanlıların əksəriyyəti məhz Sumqayıtda məskunlaşdığını və hadisənin onlar tərəfindən törədildiyini irəli sürürdülər. Bu gün “Sumqayıt hadisələri”nin “35-ci ildönümü”nə hazırlaşan ermənilər ilə “Sumqayıt hadisələri”nin sifarişçiləri, təşkilatçıları eynidir. Diqqətçəkən digər bir məqam isə ermənilərin bu hadisəni məhz Azərbaycanın Qərbi azərbaycanlılar ilə bağlı məsələni qabartdığı bir zamanda etməsidir”.

Turan Rzayev qeyd etdi ki, Prezident İlham Əliyevi bu məsələ ilə bağlı açıq şəkildə bildirib ki, “Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”. Müsahibimiz onu da vurğuladı ki, ermənilər məhz indi “Sumqayıt hadisələri”nin “35-ci ildönümü”nə hazırlaşaraq əslində Qərbi Azərbaycandan, zorla qovulan, azərbaycanlılarla bağlı həqiqətləri kölgədə qoymaq gündəmdən çıxarmaq istəyir.

“Bu faktın qabardılması və Azərbaycan tərəfindən dövlət səviyyəsində beynəlxalq aləmin diqqətinə çatdırılması azərbaycanlıların indiki Ermənistan ərazindən zorla qovulmaları, vəşhicəsinə öldürülmələri, təzyiq və zorakılıqlara məruz qalmaları münaqişənin məhz ermənilər tərəfindən başladıldığını təsdiqləyir”.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakının #Qərbi #Azərbaycan #kartına #qarşı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu