Bakteriyalar necə səslər çıxarır? – VİDEO
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakteriyaların fərqli səslər çıxarıb-çıxarmadığını heç düşünmüsünüzmü? Bakteriyaları dinləyə bilsəydik, bəlkə də onların canlı olub-olmadığını öyrənə bilərdik.
Metbuat.az xəbər verir ki, Farbod Alicaninin rəhbərlik etdiyi araşdırma qrupu məhz bu mövzu üzərində tədqiqatlar aparıb və qrafendən istifadə edərək tək bir bakteriyanın çox aşağı səviyyəli səsini yaza biliblər.
Farbod Alicaninin Delft Texnologiya Universitetindəki komandası əvvəlcə qrafenin fiziki mexanikasının əsaslarını araşdırarkən maraqlı bir fikir ortaya çıxdı. Onlar bu son dərəcə həssas materialın tək bir bioloji obyektlə təmasda olması halında nə baş verəcəyini düşünürdülər. “Qrafen tək qat atomlardan ibarət olan karbonun bir formasıdır və həm də möcüzə materialı kimi tanınır, elektrik və mexaniki xassələri ilə çox güclüdür və xarici qüvvələrə də son dərəcə həssasdır”, – Farbod Alicani deyib.
Farbod Alicaninin tədqiqatçılar qrupu nanobiologiya və nanomexanika qrupu ilə əməkdaşlığa başlayıb. Birlikdə E. coli bakteriyasından istifadə edərək ilk təcrübələrini aparıblar:
“Gördüklərimiz təəccüblü idi. Tək bir bakteriya qrafen barabanının səthinə yapışdıqda, bizim aşkar edə bildiyimiz bir neçə nanometr kimi aşağı amplitudalarla təsadüfi vibrasiyalar yaradır. Biz tək bir bakteriyanın səsini eşidirdik.”, – deyə alimlər qeyd ediblər.
Bu tədqiqatın bakteriyaların antibiotiklərə qarşı müqavimətinin aşkarlanmasında böyük əhəmiyyəti var. Eksperimental nəticələr göstərirdi ki, əgər bakteriyalar antibiotikə qarşı müqavimətli idisə, vibrasiyalar eyni səviyyədə davam edirdi. Bakteriyalar dərmanlara qarşı həssas olduqda, vibrasiya bir və ya iki saat sonraya qədər azalıb, lakin sonra tamamilə yox olub.
Qeyd edək ki, onların araşdırması Nature Nanotechnology jurnalında dərc olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.