fbpx

Baləkəndə anasını öldürdü, şərti cəza verildi

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Şəki Ağır Cinayətlər Məhkəməsində Baləkən rayonunda anası Məlahət Qarayevanı ehtiyatsızlıqdan avtomobillə vurub öldürməkdə təqsirləndirilən Aygün Qarayevaya hökm oxunub.

BEY.AZ Report-a istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Rafail Əliyevin sədrlik etdiyi iclasda A.Qarayeva 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun cəzası 2 il sınaq müddəti olmaqla şərti cəza ilə əvəzlənib.

A.Qarayeva eyni zamanda üç il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin martın 1-də Baləkən rayonunun Talalar kəndində baş verib. İttiham aktına əsasən, A.Qarayeva “Niva” markalı minik avtomobilini idarə edərkən ehtiyatsızlıqdan evin pilləkənində oturan anası, 59 yaşlı Məlahət Qarayevanı vurub. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan qadına Balakən rayon Mərkəzi Xəstəxanasında ilkin yardım edilib, lakin vəziyyəti ağır olduğu üçün Bakı şəhərinə göndərilib.

Rüya tabirlerini burdan oku

M.Qarayeva hadisə baş verdikdən 17 gün sonra müalicə aldığı xəstəxanada vəfat edib.

A.Qarayevaya qarşı cinayət məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Baləkəndə #anasını #öldürdü #şərti #cəza #verildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu