fbpx

Bal yarmarkası bu tarixədək davam edəcək



Arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkasına fermerlər tərəfindən ən çox cökə balı satışa çıxarılıb.

BEY.AZ xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın bütün iqtisadi rayonlarını təmsil edən 275 arıçı tərəfindən satışa ümumilikdə 37 ton cökə balı, 26,3 ton çiçək balı, 13,7 ton meşə balı gətirilib. Çiçək, cökə və meşə balları yarmarka dövründə satışa təqdim olunan ümumi bal məhsullarının 64 faizini təşkil edir.

Bundan başqa, arıçı fermerlər satışa 5,4 ton qaratikan balı, 6,8 ton may balı, 6 ton dağ balı, 2,6 ton biyan balı çıxarıblar. Yarmarkadan, həmçinin çəmən balı, şabalıd balı, akasiya balı, mum, propolis, çiçək tozu, güləm, podmor, propolis cövhəri, arı südü, arıçılıq məhsullarından hazırlanan kosmetik vasitələr əldə etmək olar.

Ümumilikdə, yarmarkada 120 tona yaxın arıçılıq məhsulları satışa çıxarılıb. Satışa çıxarılan məhsulların 4 tondan çoxu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür.

Qeyd edək ki, arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış yarmarkası sentyabrın 29-da 19:00-dək davam edəcək.

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) keçirilən yarmarkanın təşkilatçıları Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasıdır.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin