fbpx

Balasanyan da saxlanıldı, Bakıya gətirilir

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Qarabağda qondarma rejimin “təhlükəsizlik şurasının sədri” Vitali Balasanyan Ermənistana gedərkən Laçın nəzarət-buraxılış məntəqəsində xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.

Metbuat.az xəbər verir ki, Bizim.media.az-ın əldə etdiyi məlumata görə, Balasanyan Bakıya gətirilir.

Qeyd edək ki, Vitali Balasanyan Qarabağda erməni quldur dəstələrindən birinə rəhbərlik edib, Azərbaycan torpaqlarının işğalında iştirak edib.

1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə qondarma qurumun müdafiə nazirinin müavini olub. O, separatçı qurumun “prezident” seçkilərində iştirak etsə də, məğlub olub.

Qeyd edək ki, bu gün qondarma rejimin “dövlət naziri” Ruben Vardanyan da Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Rüya tabirlerini burdan oku

Xatırladaq ki, Vitali Balasanyan 1992-ci ildə Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi qətlima görə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmişdi.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Balasanyan #saxlanıldı #Bakıya #gətirilir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu