fbpx

Balqabaq tumunun insan orqanizminə faydaları

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Balqabaq tumunun tərkibi E vitamini, fosfor, sink, dəmir, kalsium, maqnezium və natrium kimi minerallarla zəngindir. Gecə yatmazdan əvvəl istehlak edildikdə hüceyrələrin bərpası funksiyalarını artırır.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, maqnezium bədəndəki 300-dən çox fermentin reaksiyasında mühüm rol oynayır. Bu vəzifələrə qidanın həzm edilməsi, yağ turşularının və zülalların sintezi daxildir. Eyni zamanda maqnezium əzələlər və sümüklərin sağlamlığı üçün də olduqca faydalıdır. Orqanizmdə maqnezium çatışmazlığı ürək xəstəliklərinə səbəb ola bilər. İki xörək qaşığı balqabaq tumunda 74 milliqram maqnezium var, bu da insan orqanizminin gündəlik maqnezium ehtiyacının 25 faizini ödəyir.

Balqabaq tumunun tərkibindəki yağlar maddələr mübadiləsinin düzgün işləməsini və hormon balansının saxlanmasını təmin edir, eyni zamanda uzun müddət tox saxlayır.

Rüya tabirlerini burdan oku

Aparılan tədqiqatlara görə, balqabaq tumunun istehlakı prostat xərçəngi, qadınlarda isə süd vəzi xərçəngi riskini azaldır və müalicəsində mühüm rol oynayır.

Balqabaq tumunun tərkibi omeqa 3 və omeqa 6 yağları, antioksidantlar və liflə zəngindir. Bütün bu maddələrin birləşməsi qaraciyər və ürək sağlamlığına da dopinq təsiri yaradır.

Tərkibindəki lif qanda xolesterinin miqdarını azaldır. Tədqiqatlar göstərir ki, omeqa-3 yağ turşuları qan laxtalanması və ürək ritminin pozulması kimi xəstəliklərin qarşısını alır. Bu da infarkt, insulta qarşı qoruyur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu