Baltik dənizində Rusiya ilə bağlı gərginlik
Finlandiya ilə Estoniya arasındakı elektrik şəbəkəsi və Baltik dənizində 4 telekommunikasiya kabelində problem baş verib.
BEY.AZ xəbər verir ki, məsələ barədə açıqlama verən Finlandiyanın baş naziri Petteri Orpo bildirib ki, ölkəsi sualtı infrastruktura şübhəli müdaxilələrə qəti şəkildə cavab verəcək. Qeyd edək ki, Finlandiya mənbələrinin məlumatına görə, Fingrid şirkəti açıqlamasında, şəbəkədə fasilənin olduğunu bildirib. Yerli dairələr EstLink 2 ilə yanaşı, Baltik dənizinin altından keçən 4 telekommunikasiya kabelində də problem yaşandığını açıqlayıb. Finlandiya Sərhəd Təhlükəsizliyi qrupları Rusiyaya məxsus olduğu iddia edilən gəminin problemin baş verdiyi vaxt bölgədən keçdiyini iddia edib.
Komandalar gəmini sahilə yönəltdikdən sonra onu yoxlayıb və gəminin lövbərlərinin yerində olmaması suallar yaradıb. Rəsmilər gəminin lövbərlərinin kabellərə ziyan vurması ehtimalını nəzərdən keçirirlər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |