fbpx

Barış masası Ankarada quruldu – Tərəflər razılığa gəldi

Rüya Yorumları burda

Afrika Buynuzu ölkələri olan Efiopiya ilə Somali arasındakı Somaliland böhranı Türkiyənin vasitəçiliyi ilə həll olunub.

BEY.AZ xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Ankarada bir araya gələn Somali Prezidenti Həsən Şeyh Mahmud və Efiopiya Baş naziri Abiy Əhməd iki ölkə arasındakı böhranın həlli üçün razılığa gəliblər. Türkiyənin vasitəçiliyi ilə iki ölkə liderlərinin əldə etdiyi razılaşmaya görə, Somalinin ərazi bütövlüyü qorunarkən, Efiopiyanın dənizə çıxışı üçün həll yolu tapılıb. Tərəflər Somalinin ərazi bütövlüyünə hörmətlə yanaşı, Efiopiyanın dənizə təhlükəsiz çıxışından əldə edilə biləcək müxtəlif potensial faydaları qəbul etdiklərini açıqlayıblar.

Qeyd edək ki, Somalidən birtərəfli müstəqilliyini elan edən Somaliland ilə Efiopiya arasında limandan istifadə və dənizə çıxış üçün anlaşma memorandumu imzalanmışdı. Bu müqavilə Somali və Efiopiya arasında böhrana səbəb olub.



Rüya tabirlerini burdan oku

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu