“Barselona” Arda Güleri UEFA-ya şikayət etdi
Çempionlar Liqasının rəsmi sosial media hesabında Arda Gülerin ən yaxşı oyunçu kimi təqdim edilməsi “Barselona”nın etirazına səbəb olub.
BEY.AZ xəbər verir ki, sosial media hesabında Arda Gülerin şəkli paylaşılıb və “Çempionlar Liqasının ən yaxşı gənc oyunçusu” yazılıb. Lakin bu paylaşım “Barselona”nın xoşuna gəlməyib. İddialara görə, “Barselona” UEFA-ya şikayət edib. İddia edilir ki, “Barselona”nın prezidenti Joan Laporta Lamine Yamalın yetərincə qiymətləndirilmədiyini irəli sürərək, bu yazıdan məmnun olmayıb. “Barselona” Arda Gülerin yer aldığı postla bağlı UEFA-ya şikayət edib və yazı silinib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |