fbpx

​“Barselona” Levandovskinin yerinə onu alır



“Barselona” Robert Levandovskinin əvəzedicisini müəyyən edib.

BEY.AZ xəbər verir ki, “Barselona” yeni hücumçunu transfer etmək üçün hərəkətə keçib. “Todofichajes”in xəbərinə görə, “Barselona” “Sportinq Lissabon”dakı çıxışı ilə diqqət çəkən Viktor Qyökeresi heyətinə qatmaq istəyir. İsveçli hücumçunun “Barselona”ya transferinin ciddi maliyyə tələb edəcəyi bildirilir. Buna baxmayaraq, klub onun uğurlu oyun nümayiş etdirəcəyini hesab edir və onun üçün ciddi büdcə ayırmaq istəyir.

Qeyd edək ki, ötən mövsüm Viktor Qyökeres 50 matçda 43 qol vurub və 15 məhsuldar ötürmə edib. Bu mövsüm isə futbolçu 9 matçda 12 qol vurub, 5 məhsuldar ötürmə edib.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin