”Barselona”ya Olmo şoku – Qeydiyyatdan keçirə bilmədi
“Barselona” klubu yeni transferi Dani Olmonu La Liqada qeydiyyatdan keçirə bilməyib.
BEY.AZ xəbər verir ki, “Leypziq”dən 60 milyon avroya transfer edilən futbolçu qeydiyyatdan keçə bilmədiyi üçün La Liqada çıxış edə bilməyəcək. “Goal.com”un məlumatına görə, La Liqa rəhbərliyi futbolçunun sənədlərində çatışmazlıqların olduğunu bildiriblər. “Barselona” rəhbərliyi məsələnin həllində çalışır.
Bildirilir ki, qeydiyyat baş tutmasa Dani Olmo Çempionlar Liqasında heyətə daxil ediləcək. Mövsümarası transfer zamanı futbolçuları La Liqada qeydiyyatdan keçirmək mümkündür.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |