Baş Dövlət Yol Polisi İdarəsindən Sərvər Bəşirliyə JEST
BEY.AZ informasiya agentliyi xəbər verir
Xəbər verdiyimiz kimi, Türkiyədə bir çox yardımları ilə tanınan, “Atlas” mədən, mühəndislik, inşaat və konsaltinq şirkətinin sahibi Səbahəddin Civelek Sərvər Bəşirlinin addımına cavab olaraq, ona avtomobil hədiyyə edib.
Metbuat.az Musavat.com-a istinadən xəbərinə görə, bu gün Sərvər Bəşirlinin yeni avtomobilinə nömrə verilib.
Baş Dövlət Yol Polisi İdarəsi jest edərək S.Bəşirlinin öz nömrəsini saxlayıb. İdarənin əməkdaşları rüsum pulunu ödəyərək Sərvərin ailəsinin xərcə düşməsinə imkan verməyiblər. Avtomobil artıq ailənin istifadəsindədir.
Xatırladaq ki, Sərvər Bəşirli hazırda Adıyamanda – zəlzələdən zərər çəkən bölgədə könüllü olaraq fəaliyyət göstərir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Baş #Dövlət #Yol #Polisi #İdarəsindən #Sərvər #Bəşirliyə #JEST