fbpx

Baş Kəşfiyyat İdarəsi: “Rusiya Ukraynaya daha 350 minədək hərbçi göndərə bilər”

Rüya Yorumları burda

“Rusiya Ukraynada davam edən müharibəyə 350 minədək hərbçi göndərə bilər”.

“BEY.AZ” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski “Ukraynanın hərbi televiziyası”na müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya çoxsaylı canlı qüvvə itkisinə, aktiv orduya cəlb olunma məsələsində mövcud problemlərə baxmayaraq bu addımı ata bilər.

V.Skibitski vurğulayıb ki, Rusiya ordusunda bir çox bölmələr həm federasiya ərazisində, həm də xaricdə yalnız obyektlərin mühafizəsi və müdafiəsini həyata keçirir:

“Bundan başqa, Rusiyanın Suriyada güclü kontingenti var. Federasiyanın bu ölkə ərazisində geniş hərbi baza şəbəkələri mövcuddur. Buraya Ermənistan, Tacikistandakı hərbi bazaları, eləcə də Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən sülhməramlıları və Qazaxıstandakı kontingenti daxildir”.

Rüya tabirlerini burdan oku

Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi həmçinin qeyd edib ki, Rusiyanın keçmiş Sovet İttifaqı ərazisində geniş hərbi bazalar şəbəkəsi var./report

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu