fbpx

Baş nazir Qərar imzaladı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Baş nazir Əli Əsədov Naxçıvanın Muxtar Respublikasının miqrasiya qurumunun fəaliyyəti ilə bağlı qərar imzalayıb

Metbuat.az xəbər verir ki, qərarla Azərbaycan Nazirlər Kabinetinin “Miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə” 2012-ci il 16 noyabr tarixli 260 nömrəli qərarında dəyişiklik edilib.

Əvvəlki qərara əsasən, qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan miqrasiya orqanlarından xaric olunmuş, sonradan isə məhkəmənin və ya Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin, yaxud Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin qərarı əsasında miqrasiya orqanlarına bərpa edilmiş işçilərin miqrasiya orqanlarından xaric olunduqları gündən işə bərpaolunma haqqında əmrin verildiyi günədək olan miqrasiya orqanlarında qulluq keçmədikləri müddət qulluq illərinə daxil edilirdi. Dəyişikliklə bu səlahiyyət Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətindən alınıb.

Rüya tabirlerini burdan oku

Həmçinin, dəyişikliklə miqrasiya orqanları işçilərinin qulluq illəri yalnız Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti aparatının müvafiq struktur bölməsi tərəfindən bu Qaydaya uyğun olaraq hesablanacaq. Bu Qaydanın 2-ci hissəsinin tətbiqi zamanı yaranmış fikir ayrılığı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aparatında, habelə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi (bundan sonra – Dövlət Miqrasiya Xidmətinin rəisi) tərəfindən səlahiyyət verilən struktur qurumlarda yaradılan miqrasiya orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiya tərəfindən aradan qaldırılacaq. Əvvəlki qərarda Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin də belə bir səlahiyyəti vardı.

Bundan başda, Naxçıvanda miqrasiya orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyaların tərkibini artıq axçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti müəyyən etməyəcək. Bu səlahiyyət sadəcə Dövlət Miqrasiya Xidmətinin rəisi, müvafiq struktur qurumların rəhbərləri tərəfindən icra ediləcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Baş #nazir #Qərar #imzaladı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu