fbpx

Baş nazirdən qrantlara bağlı QƏRAR


Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin aparılması Qaydaları”nı təsdiq edib.

BEY.AZ xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qaydalar “Qrant haqqında” qanuna əsasən hazırlanıb və mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin aparılması ilə bağlı məsələləri tənzimləyir.

Reyestr “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Qrant haqqında”, “Fərdi məlumatlar haqqında”, “Elektron imza və elektron sənəd haqqında” qanunlar, ölkə Prezidentinin 17 aprel 2006-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları”, 12 sentyabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”, ölkə Prezidentinin 28 sentyabr 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” və digər normativ hüquqi aktlar əsasında fəaliyyət göstərir.

Reyestrin formalaşdırılması, aparılması, digər dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası, arxivləşdirilməsi və digər bu Qaydalarla tənzimlənməyən məsələlər “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” ilə tənzimlənir.

Reyestrin formalaşdırılma məqsədi mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Nazirlər Kabinetinin adından aldıqları qrant layihələri barədə məlumatların bir mənbədə toplanılmasını və sistemliliyini təmin etmək, hesabatlar hazırlamaq, eləcə də həmin məlumatların digər dövlət orqanları (qurumları) ilə mübadiləsinin səmərəliliyini artırmaqdır.

Fərdi məlumatların Reyestrdə toplanılması və işlənilməsi “Fərdi məlumatlar haqqında” qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Reyestrdə toplanılmış fərdi məlumatların işlənilmə məqsədi iştirakçıların Reyestrə məlumatları daxil edən və ötürən əməkdaşlarının identifikasiyasının təmin edilməsidir.

Reyestr dövlət dilində aparılır.

Reyestrdən məlumat əldə etməyə görə xidmətlər ödənişsizdir.

Reyestrdə yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.

Reyestr “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nda qeyd edilən prinsiplər nəzərə alınmaqla formalaşdırılır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



ARMY.AZ USTA XİDMƏTLƏRİ Sayt Al Sayt satışı

Ana Sayfa