Baş nazirin Naxçıvana gedib
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana gedib.
Metbuat.az xəbər verir ki, səfərin məqsədi muxtar respublikada meliorasiya və irriqasiya sahəsində görülmüş işləri, su tutarlarında yığılan suyun vəziyyəti, suvarma və içməli suya olan tələbatı yerindəcə öyrənib təhlil etmək, içməli və suvarma su təminatının daha da yaxşılaşdırılmasına nail olmaqdır.
Nümayəndə heyətinə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin rəisi Hikmət Məmmədov, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev, “Azmelsutəsərrüfat” ASC-nin sədri Zaur Mikayılov və digər rəsmi şəxslər daxildir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Baş #nazirin #Naxçıvana #gedib