Baş nazirin sosial şəbəkə hesabını sındırdılar: Günahkar Çinli xakerlərdir
BEY MEDIA İnformasiya agenti xəbər verir
Hakerlər Avstraliya baş naziri “Scott Morrisonun” “WeChat” səhifəsini sındırıblar.
Metbuat.az xəbər verir ki, baş vermiş hadisə rəsmi Kanberranın Çini “xarici müdaxilədə” ittiham etməsinə səbəb olub.
Qeyd olunur ki, hakerlər hesabın adını “Australian Chinese New Life” adlandırıblar və onun məzmununu “ Çin icması üçün Avstraliyada həyat haqqında məlumatların verilməsi” kimi təqdim ediblər. Parlamentin Kəşfiyyat və Təhlükəsizlik Komissiyasının sədri Ceyms Paterson bunun Çin hakimiyyətinin işi olduğuna əmin olduğunu bildirib.
Parlamentarinin sözlərinə görə, “WeChat” platformasından xaricdə yaşayan çinlilərə casusluq etmək üçün istifadə edilib.
“Düşünürəm ki, burada Çin hökumətinin hərəkətləri olduğu çox aydındır. Bu, seçki ilində demokratiyamıza təsirli xarici müdaxilədir”, -deyə Paterson müsahibəsində deyib.
Gülbəniz Hüseynli / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.