fbpx

Baş Prokurorluq MƏLUMAT YAYDI: FHN-də araşdırma BAŞLANILDI

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Baş Prokurorluq Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının intim videoları ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat Xidmətindən Metbuat.az-a bildirilib ki, bir sıra media və sosial şəbəkə səhifələrində FHN-in bir neçə əməkdaşının intim xarakterli video və fotoları yayılıb.

Qeyd edilən və digər oxşar məzmunlu faktlarla bağlı hazırda Baş Prokurorluq tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalara başlanılaraq aidiyyəti dövlət qurumlarına müvafiq sorğular verilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilir.

Rüya tabirlerini burdan oku

Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

“Azərbaycan Baş Prokurorluğu bir daha sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə müraciət edərək, bu qəbildən olan həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsinə, insanların şərəf və ləyaqətini alçaldan ifadələrə yol verməməyə çağırır”, – məlumatda qeyd edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu