Baş Prokurorluq tağım komandirinin ölümü ilə bağlı MƏLUMAT YAYDI
BEY MEDIA İnformasiya agenti xəbər verir
Yanvarın 27-də “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edən 1995-ci il təvəllüdlü İsmayıllı Eşqin Etibar oğlunun meyitinin Culfa rayonunda yaşadığı evdə aşkar edilməsi ilə bağlı Culfa rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Metbuat.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, eləcə digər zəruri tədbirlər həyata keçirilib.
İlkin məlumata əsasən, Eşqin İsmayıllı ürək çatışmazlığı səbəbindən vəfat edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.