fbpx

Baş redaktorlar MEDİA-nın iki illik fəaliyyətindən danışdılar

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün Medianın İnkişafı Agentliyinin fəaliyyətə başlamasının iki ili tamam olur.

Agentlik 2021-ci ilin yanvarın 12-də Prezident İlham Əliyevin Fərmanı ilə media sahəsində islahatlar, bu sektorun təkmilləşdirilməsi və peşəkarlaşdırılması məqsədilə yaradılıb. Agentliyin əsas məqsədi media subyektlərinin inkişafına şərait yaratmaq, həmçinin, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görməkdir.

Metbuat.az Agentliyin iki illik fəaliyyəti ilə bağlı baş redaktorların fikirlərini öyrənib:

Rüya tabirlerini burdan oku

“Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev bildirdi ki, Agentlik 2 il müddətində keyfiyyətli işlər ortaya qoyub. Bu da Azərbaycan mediasının daha da inkişafına təkan verib:

Şəkilin açıqlaması yoxdur.

“İki il ərzində Medianın inkişafı Agentliyi kifayət qədər uğurlu işlər həyata keçirib. İlk növbədə yeni hazırlanmış və qəbul olunmuş media haqqında qanunu qeyd etmək lazımdır. Azərbaycanda əvvəl fəaliyyət göstərən qanun köhnəlmişdi və yenilənməyə ciddi ehtiyac var idi. Artıq yeni qəbul olunmuş media haqqında qanun bir çox məsələləri tənzimləməyə kömək etdi.

Bu iki il ərzində baş redaktordan tutmuş jurnalistlərə qədər bütün media üçün çox keyfiyyətli, məzmunca zəngin olan treninqlər təşkil edib. Təbii ki, burada vurğulamaq lazımdır ki, ADA Universitetinin də rolu böyük olub. Çünki mentorlar Ada Universitetini təmsil ediblər. Yəni keyfiyyətli bir iş ortaya qoyulub.

Mediaya ayrılan yardımların daha sistemli şəkildə təşkil olunmasını qeyd etmək lazımdır. Artıq istər çap mediası, istər yazılı media, istər onlayn media kiminsə tapşırığı və yaxud da tövsiyəsi ilə deyil, real göstəricilər əsasında seçilib. Yardım ayrılarkən bu da həm yenilik oldu, həm də belə deyək, mediada ədalət prinsipinin bərqərar olmasını təmin etdi.

Nə qədər iş görülsə də, ondan qat-qat artıq işlər durur qarşımızda. Həm bizim – jurnalist olaraq, media orqanı, həm də agentliyin qarşısında bir çox problemlərin həlli durur. Ümid edirik ki, gələcəkdə də Media Agentliyi öz üzərinə götürdüyü missiyanı uğurla davam etdirər və Azərbaycan mediasının daha da yuxarı səviyyəyə çıxmasına, daha da peşəkarlaşmasına səbəb olar”.

“Qafqazinfo” saytının baş redaktoru Günel Əbilovanın sözlərinə görə, təşkil edilən təlimlər maraqlı olub. Ən əsası isə MEDİA jurnalistlərin yanındadır:

“Media Agentliyi ilə tanışlığım sayt rəhbərləri üçün təşkil olunan təlimlərdən başladı. Düzü, təlimə gedənə qədər 5-6 saatın necə keçəcəyini düşünürdüm. Sonra qarşılaşdığım mənzərə məni doğrudan da təəccübləndirdi və bir aylıq təlimin çox maraqlı olduğuna şahid oldum. Yanaşma fərqli idi, bu dəfə məqsəd öyrətmək idi. Bu iki ildə “Qafqazinfo” saytının bir neçə əməkdaşı MEDİA Agentliyinin təşkil etdiyi təlimlərdə iştirak edib. Deyə bilərik ki, təlimlərin hər birisi digərindən daha da maraqlı olub. Əslində, iki ildə MEDİA Agentliyi çox iş görüb, ən əsası isə jurnalistlər bilir ki, MEDİA onların qarşısında deyil, yanındadır”.

“Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli Agentliyinin 2 ildə gördüyü işlərlə bağlı fikirlərini bölüşərkən qeyd etdi ki, Agentlik yarandığı gündən media savadlığının artırılmasından tutmuş regionda mətbuatın inkişafı istiqamətlərinə qədər işlər görüb:

Hacıbəy Heydərli: “Azərbaycanda söz və mətbuat azadlığının ən böyük qarantı Prezident İlham Əliyevdir” | Yeni Gündəm

Son illər Azərbaycanda hər sahədə olduğu kimi, media sahəsində də islahatlar
aparılır.
Bu islahatların nəticəsi olaraq yaradılan Medianın İnkişafı Agentliyi də həyata
keçirdiyi layihələrlə cəmiyyət tərəfindən çox müsbət qarşılanır. Agentliyin həyata
keçirdiyi layihələr, media savadlığının artırılması istiqamətində görülən işlər,
media savadlılığının artırılması istiqamətində xaricdən peşəkar jurnalistlərin
dəvət olunması, bölgələrdə region mətbuatının inkişafı istiqamətində görülən
işlər və onlayn media subyektlərinə də maliyyə yardımının ayrılması bu
islahatların bir parçasıdır. Bilirsiniz ki, son illərə qədər yalnız qəzetlərə
maliyyə yardımı ayrılırdı. Cəmiyyətin nəbzini döydürən xəbər saytlarına, media
subyektlərinə maliyyə yardımı ayrılmırdı. Media İnkişafı Agentliyi yarandığı
ilk gündən bu istiqamətdə işlər apardı və onlayn media subyektlərinə də dövlət
dəstəyinin verilməsiylə bağlı yardım edilməsiylə bağlı layihə həyata keçirdi.
Bu layihə də xəbər saytlarının, media subyektlərinin daha da peşəkarlaşmasına,
fəaliyyətlərinin daha dürüst, şəffaf qurulmasına böyük yardımçı oldu. Artıq
zaman göstərir ki, onlayn media subyektlərinə maliyyə yardımı Azərbaycan mətbuatının
peşəkarlaşması istiqamətində aparılan islahatların davamıdır. 2 il qısa müddət olsa da, görülən işlər onu deməyə əsəs verir ki, MEDİA mətbuatımızın
şəffaflaşmasında maraqlıdır, bu istiqamətdə işləri davam etdirir”.

Metbuat.az” saytının baş redaktoru Ramil Mirzəyevin sözlərin görə, Agentliyin fəaliyyəti nəticəsində çap və onlayn mediada inkişaf hiss olunur:

“Fəaliyyətə başlamasından cəmi iki il ötməsinə baxmayaraq Medianın İnkişafı Agentliyi böyük yükün altına girərək mətbuatımızın inkişafı üçün kompleks işlər görüb. Bu qısa müddət ərzində Media Haqqında qanunun qəbulu, Media Reyestrinin fəaliyyətə başlaması kimi mühüm addımlar atılıb. Eyni zamanda, Agentlik media subyektlərinə dəstək üçün müsabiqələrin elan edilməsi, jurnalistlərin peşəkarlığının artırılması üçün təşkil etdiyi təlimlər və digər layihələrlə mətbuatımızın inkişafına töhfə verməyə davam edir. Dövlətin media siyasətini həyata keçirən Agentliyin fəaliyyəti nəticəsində çap və onlayn mediada gözlə görünən inkişaf hiss olunmaqdadır. İllərin problemlərini təbii ki, iki ildə tam həll etmək mümkün deyil. Amma Agentliyin bu dövrdəki fəaliyyəti və göstərdiyi səylər deməyə imkan verir ki, qısa müddət ərzində mətbuatımız görmək istədiyimiz yerdə olacaq.

Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, Agentlik media subyektləri ilə aktiv işləyir, onlardan təkliflər alır, yeni texnologiyaların tətbiqini təşviq edir, jurnalistlərin peşəkarlığının artırılması üçün işlər görür. Ümid edirəm ki, görülən bu işlər, aparılan islahatlar nəticəsində media subyektlərinin reputasiyası daha da yaxşılaşacaq, iqtisadi cəhətdən güclü, eyni zamanda beynəlxalq rəqabətli mediaya çevriləcəkdir. MEDİA Agentliyinin bütün kollektivini yaradılışının iki illiyi münasibəti ilə təbrik edir, mətbuatımızın inkişafına xidmət edən gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Baş #redaktorlar #MEDİAnın #iki #illik #fəaliyyətindən #danışdılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu