BATE – “Dinamo” matçında gözlənilməz olay: 12-ci dəqiqədə hakim…
BEY.AZ informasiya agentliyi xəbər verir
Futbol üzrə Belarus çempionatıda BATE – “Dinamo” (Brest) komandaları arasında keçirilən görüş zamanı baş hakim Dmitri Dolya huşunu itirib.
Metbuat.az xəbər verir ki, bu barədə BATE-nin mətbuat xidməti məlumat yayıb.
Komandanın mətbuat xidmətindən verilən məlumata görə, 12-ci dəqiqədə hakim qıcolma nəticəsində yerə yıxılıb. Bundan sonra hakim meydançadan xərəkdə aparılıb və təcili yardım maşını ilə xəstəxanaya göndərilib.
Fasilə zamanı BATE mətbuat xidməti Dolyanın özünə gəldiyi və özünü yaxşı hiss etdiyini bildirib. Onun həyatı üçün heç bir problem olmadığı qeyd olunub.
Qarşılaşma BATE-nin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.