fbpx

“Batya Vasmoyski” işdən çıxarıldı – YENİLƏNİB

Rüya Yorumları burda


Xəbər verdiyimiz kimi, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, narkotik istifadəçisi olduğunu bildirən “Batya Vasmoyski” ləqəbli Bəxtiyar Ağaməmmədov paytaxt ərazisində 40 saylı müntəzəm marşrut xətti üzrə sürücü kimi çalışır.

BEY.AZ bildirir ki, Marşrut xəttini istismar edən “Çinar Trans” MMC-nin direktoru İsmayıl Hüseynov “Qafqazinfo”ya açıqlamasında B.Ağaməmmədovun artıq tam sağaldığını bildirib. O, sürücünün narkoloji dispanserdə yoxlanışdan keçdiyini deyib:

“Adıçəkilən sürücü əvvəllər xəstəlikdən əziyyət çəkib, lakin daha sonra müalicə olunaraq sağalıb. Bizim təşəbbüsümüzlə sürücü narkoloji analiz də verib və qanında qanunla qadağan edilən hər hansı maddə aşkar edilməyib”.

Qeyd edək ki, B.Ağaməmmədovun avtobusla təhlükəli manevrlər etməsi, sərnişinlərlə kobud rəftar etməsi, qeyri-adekvat hərəkətləri diqqəti cəlb edib.

“Batya Vasmoyski”nin keçmişi ilə bağlı video çəkərək yutub kanalında yayımlayan tanınmış bloqer Nail Kəmərli isə “Qafqazinfo”ya açıqlamasında onun narkoman olmaqla yanaşı, təhlükəli yoluxucu xəstəlik olan vərəm daşıyıcısı olduğunu da bildirib.

Rüya tabirlerini burdan oku

12:07

***

Dəfələrlə məhkumluq həyatı yaşamış, narkotik istifadəçisi kimi müsahibə vermiş şəxs Bakıda marşrut avtobusu sürür.

BEY.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Batya Vasmoyski” ləqəbi ilə tanınan Bəxtiyar Ağaməmmədovun paytaxt ərazisində 40 saylı müntəzəm marşrut xətti üzrə sürücü kimi çalışması məlum olub. “Çinar Trans” MMC-nin istismarında olan xətdə çalışan B.Ağaməmmədovun avtobusla təhlükəli manevrlər etməsi, sərnişinlərlə kobud rəftar etməsi, qeyri-adekvat hərəkətləri diqqəti cəlb edib.

“Batya Vasmoyski” kimi tanınan şəxsin keçmişi ilə bağlı video çəkərək yutub kanalında yayımlayan tanınmış bloqer Nail Kəmərli “Qafqazinfo”ya açıqlamasında onun narkoman olmaqla yanaşı, təhlükəli yoluxucu xəstəlik daşıyıcısı olduğunu bildirib: “Biz həmin vaxt Bəxtiyar Ağaməmmədovu reabilitasiya mərkəzinə yerləşdirdik, müalicəsinə başlanıldı. Bir müddət orada qaldıqdan sonra onun həm də vərəm xəstəsi olması müəyyən edildi və yoluxucu xəstəlik olduğundan izolyasiya məqsədilə vərəm dispanserinə göndərildi. Belə anlaşılır ki, orada da müalicəsini yarımçıq saxlayıb. Biz barəsində film hazırladığımız şəxslərin sonrakı taleyi və davranışlarını sonradan izləyə bilmirik”.

40 saylı marşrut xəttini istismar edən “Çinar Trans” MMC-dən bildirildi ki, mövzu ilə bağlı gün ərzində açıqlama veriləcək.















MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu