“Bavariya”dan qovulan məşqçi bu komanda ilə razılığa gəldi
İngiltərə Futbol Federasiyası milli komandanın baş məşqçisi vəzifəsi üçün Tomas Tuxellə danışıqlar aparır.
BEY.AZ xəbər verir ki, tərəflər bir çox məsələdə razılığa gəlib. “Sky Sports”da yayımlanan xəbərdə İngiltərə Futbol Federasiyasının Tomas Tuxellə görüşdüyü və Tuxelin bu vəzifəyə ən güclü namizəd olduğu bildirilib. Məlumata görə, Qaret Sautqeytin gedişindən sonra İngiltərə millisi ilə üçün Pep Qvardiola, Yurgen Klopp, Qrem Potter və Eddi Hounun adları hallanıb.
Qeyd edək ki, Tomas Tuxel ötən mövsümün sonunda “Bavariya”dakı işindən ayrılıb.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |