Bayden komandasını topladı – Ağ Evdə vacib toplantı
ABŞ Prezidenti Co Bayden Ağ Evdə milli təhlükəsizlik komandası ilə görüşüb.
Metbuat.az xəbər verir ki, ABŞ prezidenti Bayden və yeni Baş Qərargah rəisi general Çarlz Braun, müdafiə naziri Lloyd Ostin, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns, Milli Təhlükəsizlik Müşavirinin müavini Con Finer görüşdən əvvəl kamera qarşısına keçiblər. Bayden bildirib ki, görüşdə aktual kəşfiyyat məsələləri, Ukrayna, Şimali Koreya və Hind-Sakit Okean bölgəsindəki hadisələr və digər mövzular müzakirə ediləcək.
Texas ştatında sərhəd divarının tikintisi üçün 26 federal qanunun tələblərindən imtina etməsi ilə bağlı suala cavab verən Baydenin sözlərinə görə, sərhəd divarının tikintisi üçün ayrılan pulu başqa məqsədlə istifadə etməyə çalışsa da bu, baş tutmayıb.