fbpx

Bayden Konqresdən Ukrayna və İsrail üçün 106 milyard dollar istədi

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

ABŞ prezidenti Cozef Bayden ABŞ Konqresinə Ukrayna və İsrailə təqribən 106 milyard dollar məbləğində əlavə hərbi və digər yardımların göstərilməsi ilə bağlı sorğu göndərib.

BEY.AZ xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Sənəddə iddia edilib ki, Bayden administrasiyası Rusiyanın Ukraynadakı hərbi əməliyyatına cavab verib və indi müttəfiqi İsrailin kömək etməlidir.

Ağ Ev ABŞ qanunvericilərini ölkənin milli təhlükəsizlik ehtiyacları üçün vəsaitin ayrılması ilə bağlı gələcək həftələrdə hərtərəfli ikitərəfli razılaşma əldə etməyə çağırıb.

ABŞ administrasiyası xüsusi olaraq Konqresdən Ukraynadakı vəziyyətə və bununla bağlı xərclərə cavab vermək üçün 61,4 milyard dollardan çox vəsait ayırmağı xahiş edib. O cümlədən, Kiyevə hərbi yardımın göstərilməsi və Amerikanın silah ehtiyatlarının artırılmasına təxminən 44,4 milyard dollar xərclənməsi planlaşdırılır.

Rüya tabirlerini burdan oku

İsrailə isə 14,3 milyard dollar dəyərində yardım göstərmək təklif olunur.

Bundan əlavə, Bayden administrasiyası ABŞ-nin cənub sərhədini qorumaq üçün təxminən 13,6 milyard dollar ayrılmasını istəyir. Hindistan-Sakit okean regionunda ABŞ tərəfdaşlarına dəstək üçün təxminən 7,4 milyard dollar ayrılması təklif edilib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Bayden #Konqresdən #Ukrayna #və #İsrail #üçün #milyard #dollar #istədi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu