fbpx

Bayden Novruz bayramını qeyd edən xalqları təbrik edib

BEY.AZ informasiya agentliyi xəbər verir


ABŞ Prezidenti Cozef Bayden Novruz bayramını qeyd edən xalqları təbrik edib.

Bu barədə Metbuat.az-a Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, ABŞ-da Novruz tədbirinə qatılan dövlət katibi Entoni Blinken çıxışı zamanı ABŞ Prezidenti Cozef Bayden və Amerika xalqının adından bütün dünyada Novruz bayramını qeyd edən xalqları təbrik edib, baharı qeyd etmək üçün gözəl fürsət olan Novruzun keçmişi işıqlandırmaqla yanaşı, yeni fəsil və imkanlar üçün insanlara yeni nəfəs gətirdiyini qeyd edib.

O, yeni fəslin gəlişi ilə dünyadakı bütün böyük və kiçik çətinliklərin aradan qalxacağına, yeni ilin sağlamlıq və sülhlə yadda qalacağına ümidini ifadə edib.

Qeyd edək ki, ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, TürkiyəTürkmənistan, səfirliklərinin birgə təşkilatçılığı, Meridian Beynəlxalq Mərkəzi (Meridian International Center) və Mərkəzi Asiya Məsələləri üzrə Oksus Cəmiyyətinin (Oxus Society) moderatorluğu ilə Novruz bayramına həsr edilmiş onlayn tədbir keçirilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin