Bayden Putinə görə jurnalisti TƏHQİR ETDİ: Nə axmaq…- VİDEO
BEY MEDIA İnformasiya agenti xəbər verir
ABŞ lideri Bayden Rusiya Federasiyasının rəhbəri Putindən niyə “ilk addımı gözlədiyi” ilə bağlı sualı axmaq adlandırıb.
Metbuat.az xəbər verir ki, Baydenin bir illik fəaliyyətinə həsr edilmiş ictimai tədbirin sonunda “Fox News” kanalının sözçüsü qışqıraraq: “Niyə Putinin ilk addımı atmasını gözləyirsiniz, cənab?” deyə Baydenə sual ünvanlayıb. Bayden isə bu sualı “Nə axmaq sualdır” deyə cavablandırıb.
Qeyd edək ki, Amerika mediası və siyasətçiləri dəfələrlə Baydeni Moskvaya və Rusiya rəhbərinə münasibətdə qətiyyətsizlikdə ittiham ediblər. ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş rəisi Ben Hodges hesab edir ki, ABŞ Rusiyaya diplomatik təzyiqləri artırmalı, həmçinin Ukrayna və Türkiyə ilə münasibətləri gücləndirməlidir.
Gülbəniz Hüseynli / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.