fbpx

Bayden sabah Çin lideri ilə görüşəcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Çin Xalq Respublikasının Sədri Si Cinpinin ABŞ Prezidenti Co Baydenlə sabah görüşü olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirlik görüşdə müzakirə olunacaq məsələlər barədə məlumat verməsə də, Ağ Evin mətbuat xidməti görüşdə iki ölkə arasında münasibətlərin, Ukraynadakı münaqişə də daxil olmaqla tərəfləri maraqlandıran digər məsələlərin gündəlikdə olduğunu açıqlayıb.

Xatırladaq ki, martın 14-də Romada ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan ilə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr ofisinin rəhbəri Yan Cieçinin görüşü olub.

Media orqanları diplomatik mənbələrə istinadla 7 saat davam etmiş görüşdə ikitərəfli məsələlərlə yanaşı, Ukrayna hadisələrinin regional və qlobal təhlükəsizliyə təsiri məsələsinin də müzakirə olunduğu barədə xəbərlər yayıb




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin