Bayden ukraynalı nazirlərlə görüşdü
BEY.AZ informasiya agentliyi xəbər verir
ABŞ Prezidenti Co Bayden ukraynalı nazirlərlə görüş keçirib.
Metbuat.az xəbər verir ki, ABŞ lideri Co Bayden Varşavaya səfəri zamanı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Oleksi Reznikov ilə danışıqlar aparıb.
Görüş şəhərin mərkəzində, “Marriott” otelində baş tutub. Danışıqların detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, ötən gün Bayden Brüsseldə Avropa İttifaqı və NATO liderləri ilə görüşdən sonra Polşaya səfər edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.