Baydendən SENSASİON AÇIQLAMA: – Əminəm, Putin Kiyevi işğal edəcək
BEY.AZ informasiya agentliyi xəbər verir
ABŞ prezidenti Co Bayden Ağ Evdə keçirdiyi mətbuat konfransında Ukrayna böhranı ilə bağlı son hadisələri dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb.
Metbuat.az xəbər verir ki, Bayden bildirib ki, onlar Rusiyanın dəstəklədiyi qüvvələr tərəfindən atəşkəsi ciddi şəkildə pozduğunun şahidi olurlar. Bayden bu qüvvələrin Donbassdakı hücumları Ukraynanın üzərinə atdığını iddia edib.
Rusiyanın da çox ciddi dezinformasiya kampaniyası apardığını vurğulayan Bayden bütün bunların Rusiyanın Ukraynaya hücum etmək üçün istifadə etdiyi bəhanələr olduğunu qeyd edib. Rusiyanın hazırda Ukrayna və Belarus sərhədində və Qara dənizdə 150 min əsgəri olduğuna diqqət çəkən Bayden, “Rusiyanın önümüzdəki həftələrdə hücum edəcəyinə inanmaq üçün əsaslarımız var” ifadəsini işlədib. ABŞ əsgərlərini Ukraynaya göndərməyəcəklərini, lakin bu ölkəyə müdafiə yardımlarını davam etdirəcəklərini bildirən Bayden, “Qərb birləşib və qərarlıdır. Rusiya Ukraynanı işğal edərsə, sərt sanksiyalara hazırıq. Təkrar etmək istərdim. Bir daha ki, Rusiya hələ də diplomatiyanı seçə bilər, hələ də gec deyil” deyib.
ABŞ dövlət katibi Antoni Blinken və rusiyalı həmkarı Sergey Lavrovun fevralın 24-də Avropada görüşmək qərarına gəldiyinə diqqət çəkən Bayden, “Rusiya Ukraynaya təcavüz edərsə, bu, diplomatiyanın qapılarını bağlamış olduqları anlamına gəlir. Bu halda onlar müharibəni seçmiş olacaqlar və bunun əvəzini ağır ödəyəcəklər. Onlar təkcə sanksiyalarla üzləşmirlər, bütün dünyanın reaksiyasını alacaqlae ” deyə açıqlamasında bildirib.
Konfrans əsnasından Bayden jurnalislərdən birinin “Putinin Ukraynanı işğal etmək qərarına gəldiyinə inanırsınızmı?” sualına cavab olaraq “Bəli, mən hesab edirəm ki, Putin buna qərar verib” cavabını verib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.