Baydenin konfransında gözlənilməz vəziyyət: “Təcili getməliyəm”
ABŞ Prezidenti Co Baydenin “Başqa bir məsələni həll etmək üçün Təcili vəziyyət otağına getməliyəm” deyərək mətbuat konfransını bitirməsi maraq doğurub.
BEY.AZ xəbər verir ki, KİV-lər bununla bağlı Yaxın Şərqdəki bazalara hücum ehtimalından tutmuş sağlamlıq problemlərinə qədər bir çox iddialar irəli sürüb. Ağ Evdən verilən açıqlamada deyilir: “Prezident Bayden İsrail və Qəzzadakı son hadisələrlə bağlı brifinq alıb”.
Qeyd edək ki, Co Bayden Ağ Evdə investisiyalarla bağlı çıxışı zamanı jurnalistlərin suallarını cavablandırıb. Jurnalistin “ABŞ girov müqaviləsi üçün atəşkəsi dəstəkləyirmi?” sualına Bayden “Əvvəlcə girovlar azad edilməlidir, ondan sonra bu haqda danışa bilərik” – deyə cavab verib.
Təxminən 6 dəqiqə danışan Bayden, “Başqa bir məsələni həll etmək üçün təcili vəziyyət otağına getməliyəm” deyərək çıxışını tamamlayıb.