Baydenin öz oğlunu əfv etməsinə Trampdan REAKSİYA
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Co Baydenin oğlu Hunter Baydeni əfv etməsi ilə bağlı qərarı tənqid edib.
BEY.AZ xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
O, əfv addımını “sui-istifadə və ədalətin pozulması” adlandıraraq sual edib:
“Co Hunterə verilən əfv uzun illər həbsdə olan 6 yanvar girovlarına da şamil edilirmi?”
Trampın “6 yanvar girovları” ifadəsi ilə 2021-ci il Kapitoli basqınında iştirak etdikləri üçün məhkum edilən şəxsləri nəzərdə tutduğu bildirilir.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |